“Qarabağ”ın albaniyalı futbolçusu gələcək karyerası ilə bağlı fikirlərə aydınlıq gətirib

Xəbərlər
25 İyun 2025 12:36
34
“Qarabağ”ın albaniyalı futbolçusu gələcək karyerası ilə bağlı fikirlərə aydınlıq gətirib

"Həm Albaniya, həm də Azərbaycan mətbuatında gələcək karyeramla bağlı çox şey yazılır".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Redon Cica deyib.

Albaniyalı hücumçu gələcək karyerası ilə bağlı bunları söyləyib: “Mənim "Qarabağ"la müqaviləm var. Özümü bu komandada xoşbəxt hiss edirəm. Sadəcə, futbolçu həyatı elədir ki, bu gün buradasan, sabah başqa kluba gedə bilərsən. Ona görə də dəqiq nəsə demək olmur. Hazırda dəqiq olan odur ki, mən "Qarabağ"ın futbolçusuyam və buradayam. Gələcək nə göstərəcək, onu bilmirəm".

Qeyd edək ki, Redon Cica 2023-cü ildən Ağdam klubunda çıxış edir.

İdman.biz