“Kəpəz”lə “Panatinaikos” rəsmiləri arasında görüş

Xəbərlər
18 İyun 2025 20:14
40
“Kəpəz”lə “Panatinaikos” rəsmiləri arasında görüş

“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.

İdman.biz xəbər verir ki, Afinada təşkil olunan görüşdə klubu İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov təmsil edib.

O, “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissasla görüşüb. Tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birgə AVRO-2004-ün qalibi olub.

İdman.biz