Klubların dünya çempionatı: PSJ-dən 4 qol, "Bavariya"dan rekord hesablı qələbə - YENİLƏNİB/VİDEO

Xəbərlər
16 İyun 2025 01:05
168
Klubların dünya çempionatı: PSJ-dən 4 qol, "Bavariya"dan rekord hesablı qələbə - YENİLƏNİB/VİDEO

Futbol üzrə klubların dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ABŞ-də keçirilən mundialda bu gün B və C qruplarında mübarizə start götürüb.

Əvvəlcə C qrupunda Almaniya çempionu "Bavariya" Okeaniya Çempionlar Liqasının qalibi yarımpeşəkar "Oklend Siti"ni on qolla ağır məğlubiyyətə uğradıb - 10:0. Oyunun 61-ci dəqiqəsində Harri Keyni əvəzləyən Camal Musiala het-trik edib, Kinqsli Koman, Maykl Olise və Tomas Müller hərəyə 2, Saşa Boe isə 1 qol vurublar.

1983-cü ildə UEFA kubokunda "Anortosis"ə (Kipr) 10:0 hesabı ilə qalib gələn "Bavariya" beynəlxalq turnirlərdə ən böyük qələbəsini təkrarlamış olub.

B qrupunda isə UEFA Çempionlar Liqasının qalibi PSJ də İspaniya üçüncüsü "Atletiko"nu böyük hesabla məğlub edib - 4:0. Bu komandaların 2024/25 mövsümündə Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsindəki görüşü Madrid təmsilçisinin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Klubların dünya çempionatı
15 iyun
C qrupu
20:00. "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) 10:0

B qrupu
23:00. PSJ (Fransa) - "Atletiko" (İspaniya) 4:0

İdman.biz