Baş məşqçi Robert Levandovski ilə münaqişədən sonra vəzifəsini tərk edib

Xəbərlər
12 İyun 2025 12:12
45
Baş məşqçi Robert Levandovski ilə münaqişədən sonra vəzifəsini tərk edib

Mixal Probej Polşa millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

İdman.biz xəbər verir ki, ardıcıl üç qələbədən sonra polşalılar iyunun 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiyaya uduzublar (1:2).

2023-cü ilin sentyabrından Polşa millisini çalışdıran Probejin rəhbərliyi ilə komanda AVRO-2024 və UEFA Millətlər Liqası-2024/25-də uğursuz çıxış edərək qrupda sonuncu yeri tutub.

Bir neçə gün əvvəl Probejin millidə kapitan sarğısından məhrum etdiyi Polşa futbolunun əfsanəsi Robert Levandovski onun rəhbərliyi ilə komandada oynamayacağını açıqlamışdı.

İdman.biz

Məqalədə: