"Heç bir transfer təklifim yoxdur. "Turan Tovuz"la 1 illik müqaviləm var. Hələki fikrim tamamilə komandamladır".
Bunu İdman.biz-ə "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov deyib.
O bildirib ki, hələlik karyerasında hansı dəyişiklik planlaşdırmır. Hüseynov sözlərinə görə, komandası Premyer Liqada yeni mövsümdən daha iddialı olacaq və avrokuboklarda iştirak etməyi hədəfləyir: "Çox çalışıb daha yaxşı nəticə əldə etmək və daha yüksək pillədə qərarlaşmağa çalışacağıq. Bütün gücümüzlə avrokuboklarda iştirak etməyi hədəfləyəcəyik".
25 yaşlı hücumçu "Turan Tovuz"dan ayrılan 9 futbolçudan bəzilərinin faydalı olduğunu etiraf edib: “Kim daha çox oynayırsa, onun xeyir vermək şansı yüksək olur. İsmayıl Zülfüqarlı, Kristian da Silva, Kauan Martins de Paula, Alexandro Serano kluba xeyli kömək edirdi. Onlar qollar vururdular, assist edirdilər, müdafiəyə köməyə qayıdırdılar, digərlərinə nisbətən yaxşı çıxış edirdilər".
Qeyd edək ki, Tovuz təmsilçisi başa çatan mövsümü 55 xalla 4-cü pillədə başa vurub.
Murad Abdullazadə
İdman.biz