İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Fransanın PSJ komandası ilə keçiriləcək oyun öncəsi heyət problemi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçiləri Andreas Kristensen, Erik Qarsiya və Jül Kunde qarşılaşmada iştirak edə bilməyəcəklər.
Erik Qarsiya bud nahiyəsindən aldığı zədə səbəbindən təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Jül Kunde isə topuq nahiyəsindəki zədə səbəbindən Paris təmsilçisinə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, Gerard Martin də “Betis”lə görüşdə aldığı zərbədən sonra fasilədə əvəzlənib. Lakin son məlumatlara görə, onun PSJ ilə oyun üçün heyətə daxil edilməsi təsdiqlənib.
PSJ - “Barselona” qarşılaşması oktyabrın 20-də Parisdə keçiriləcək.
