“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti 15 manatdan 1500 manatadək dəyişir.
Satış iTicket.az saytı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
