2026/2027 mövsümündə dünyanın ən çox qazanan 10 futbolçusu məlum olub

19 Oktyabr 2026 14:13
118
2026/2027 mövsümündə dünyanın ən çox qazanan 10 futbolçusu məlum olub

“Forbes” jurnalı 2026/2027 mövsümündə dünyanın ən çox qazanan 10 futbolçusunun reytinqini açıqlayıb.

İdman.Biz jurnalın hazırladığı reytinqə əsasən xəbər verir ki, siyahıda futbolçuların klublarından aldıqları maaş və digər ödənişlər, eləcə də idmandan kənar fəaliyyətlərindən əldə etdikləri gəlirlər nəzərə alınıb.

Reytinqə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldu başçılıq edir. Onun bu mövsüm ümumi gəlirinin 300 milyon dollar olacağı proqnozlaşdırılır. Bu məbləğin 250 milyon dolları klubdan alınan ödənişlərin, 50 milyon dolları isə digər fəaliyyətlərdən əldə edilən gəlirlərin payına düşür.

İkinci yerdə ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. Onun ümumi gəliri 145 milyon dollar qiymətləndirilir. Bunun 70 milyon dolları klubdan, 75 milyon dolları isə digər fəaliyyətlərdən əldə olunacaq.

İlk üçlüyü Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe tamamlayır. Onun mövsüm üzrə gəlirinin 100 milyon dollar olacağı gözlənilir.

2026/2027 mövsümündə dünyanın ən çox qazanan 10 futbolçusu:

Kriştiano Ronaldu (“Əl-Nəsr”) – 300 milyon dollar (250 milyon – klubdan, 50 milyon – digər fəaliyyətlərdən)

Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar (70+75)

Kilian Mbappe (“Real”) – 100 milyon dollar (70+30)

Erlinq Holand (“Mançester Siti”) – 85 milyon dollar (60+25)

Vinisius Junior (“Real”) – 76 milyon dollar (48+28)

Lamin Yamal (“Barselona”) – 55 milyon dollar (35+20)

Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50+4)

Cud Bellinqem (“Real”) – 45 milyon dollar (29+16)

Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (29+13)

Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20)

İdman.Biz