UEFA Çempionlar Liqası: “Sabah” - “Borussiya” oyununa satılan biletlərin sayı açıqlanıb

19 Oktyabr 2026 14:58
146
UEFA Çempionlar Liqası: “Sabah” - “Borussiya” oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Sabah” - “Borussiya” (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb.

Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar.

Qeyd edək ki, “Sabah” - “Borussiya” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

İdman.Biz
Məqalədə: