Mahir Emrelinin klubunda baş məşqçi istefası

19 Oktyabr 2026 15:43
119
Mahir Emrelinin klubunda baş məşqçi istefası

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis sentyabrın əvvəlində komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında “Rakuv” iki qələbə qazanıb, üç dəfə məğlub olub.

Qeyd edək ki, bu, cari mövsümdə “Rakuv”da baş məşqçi dəyişikliyi ilə bağlı ikinci qərardır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.

Komanda Polşa çempionatında altı xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.

İdman.Biz