Klubların iyun ayı üçün dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, IFFHS-in cədvəlində planetin 505 ən yaxşı komandası yer alıb.
Siyahıda Azərbaycanın da 4 klubu yer alıb.
“Qarabağ” 144,75 xalla dünyada 119-cudur. Ölkə çempionumuz ötən ayla müqayisədə 5 pillə geriləyib.
“Zirə” 95,75 xalla 232-ci mövqedə qərarlaşıb və ötən reytinqlə müqayisədə 1 rəqibini qabaqlayıb.
50 pillə irəliləyən “Sabah” 76 xalla 317-cidir.
Dünya reytinqində yer alan “Araz-Naxçıvan” 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi 8 pillə önə keçib.
Qeyd edək ki, cədvələ 470 xalla “Real” (Madrid) başçılıq edir.
İdman.biz