FİF UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb

Xəbərlər
10 İyun 2025 13:49
38
FİF UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb

Futbolun İnkişaf Fondu (FİF) UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, UEFA-nın Uşaq Fondu ənənəvi olaraq üzv assosiasiyalar tərəfindən namizəd göstərilən qurumları uşaqların müdafiəsi sahəsindəki nümunəvi fəaliyyətlərinə görə təltif edib.

Bu il 1 milyon avroluq mükafat fondu 26 seçilmiş təşkilat arasında bərabər şəkildə bölüşdürüləcək. FİF-in də sırasında olduğu qaliblərin hər biri 38 min 500 avro məbləğində maliyyə vəsaiti alacaq.

Qeyd edək ki, FİF 2023-cü ildə də bu mükafata layiq görülüb.

İdman.biz