Millimizin futbolçusundan "Sabah"la bağlı QƏRAR

Xəbərlər
6 İyun 2025 15:35
96
Millimizin futbolçusundan "Sabah"la bağlı QƏRAR

"Sabah" heyətlə bağlı addımlar atmağa başlayıb.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Masazır təmsilçisi Rəhman Daşdəmirovu buraxmaq istəməyib.

Paytaxt təmsilç isi 25 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edib.

Millimizin üzvü yeni mövsümdən də "Sabah"da çıxış edəcək. Halbuki, ona "Neftçi" başda olmaqla, həm Azərbaycan, həm də xarici klublardan təkliflər olmuşdu.

Rəhmanın ölkə kubokunun qalibi ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər idi.

İdman.biz