“Sabah” FK Aaron Maluda ilə yollarını ayırıb.
İdman.Biz “Sabah”a istinadən bildirir ki, 20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub.
Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandada ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.
"Aaron Maludaya klubumuza xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq", - klubun məlumatında deyilir.
