Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.
İdman.biz xəbər verir ki, Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək.
Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.
İdman.biz