"Bütün xalqımızı təbrik edirik. Çox gözəl qələbə oldu".
İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə dünya çempionluğunu qazanan Azərbaycanın millisinin baş məşqçisi Elşad Quliyev deyib.
O, Bakıda keçirilən dünya çempionatında Macarıstan komandasına 4:2 hesabı ilə qalib gəldikləri final oyunundan sonra fikirlərini bölüşüb: "Rəhbərliyimizi, əməyi keçən hər kəsi təbrik edirik. Çox möhtəşəm qələbədir. Bu hissləri yaşamaq lazımdır.
Biz bütün oyunlara templə başlayırıq. Bəzən son zərbəmiz alınırdı, bəzən alınmırdı. Bu dəfə hər şey yaxşı oldu və 4 qolla qalib gəldik".
İdman.biz