Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan futbolunda 2024/25 mövsümünün son matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Həlledici görüşdə “Qarabağ”la “Sabah” üz-üzə gəlib. Qurban Qurbanovun yetirmələri mövsümü "Qızıl dub"la bitirmək üçün meydana çıxıb. Ağdam klubu ardıcıl 2-ci, tarixində 9-cu dəfə ölkə kubokuna sahib çıxa bilərdi.
Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. “Sabah” 90+6-cı dəqiqədə məğlubiyyətdən qaça bilib. Komanda 119-cu dəqiqədə qələbə topunu da vuraraq, tarixində ilk titulunu qazanıb. Həlledici qolun müəllifi Tellur Mütəllimov olub.
"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi ilə ilk dəfə finalda uduzub.
Azərbaycan kuboku
Final
31 may (şənbə)
19:00. “Qarabağ” – “Sabah” - 2:3
Qollar: Kadi Borqes, 45+1. Con İrasabal, 67 (avtoqol) - Pavol Safranko, 36 (p.). Kahim Parris, 90+7. Tellur Mütəllimov, 119
Qaçırılan penalti: Toral Bayramov, 43 - Pavol Safranko, 56.
Baş hakim: İnqilab Məmmədov
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Vasili Berezutski
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İdman.biz