Suaresdən Messiyə duyğusal müraciət: “Özünlə fəxr et”

6 Oktyabr 2026 21:11
91
Suaresdən Messiyə duyğusal müraciət: “Özünlə fəxr et”

Luis Suares Argentina millisində son matçına çıxmağa hazırlaşan Lionel Messiyə müraciət edib.

İdman.Biz xəbər verir ki, uruqvaylı hücumçu sosial şəbəkə hesabında video-müraciət yayaraq komanda yoldaşı Messiyə milli komandanın formasında son oyunundan zövq almağı arzulayıb.

“Messi, səni möhkəm qucaqlamaq istədim. Ümid edirəm ki, milli komandanın formasında - sənin karyeranda bu qədər önəmli olmuş formada son matçından böyük zövq alarsan. Sən inanılmaz anlar yaşayıbsan və hər bir oyunçunun ölkəsini təmsil edərkən arzuladığı zirvələrə çatmısan. Buna görə də karyerana və ölkən üçün etdiklərinə görə hamının təşəkkürünü və minnətdarlığını haqq edirsən. Ona görə də özünlə fəxr et. Möhkəm qucaqlayıram, günündən həzz al”, – deyə Suares bildirilib.

Qeyd edək ki, Argentina millisi oktyabrın 7-də yoldaşlıq oyununda Beninlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

İdman.Biz