Endrik “Real Madrid”dən gedə bilər: Yeni klubu bəlli oldu

6 Oktyabr 2026 22:29
100
Endrik “Real Madrid”dən gedə bilər: Yeni klubu bəlli oldu

“Real Madrid”in futbolçusu Endrik qış transfer pəncərəsində komandanı icarə əsasında tərk etmək variantını nəzərdən keçirir.

İdman.Biz “La SER”ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Madrid klubunda kifayət qədər oyun praktikası əldə etməyəcəyini düşündüyü üçün yanvar ayında icarə əsasında komandadan ayrılmaq istəyir. Hücumçunun icarəyə verilməsi üçün əsas namizəd kimi İngiltərənin “Aston Villa” klubu göstərilir.

Endrik 2024-cü ilin yayında “Real Madrid”ə keçib. O, bu müddətdə klubun heyətində 34 rəsmi oyuna çıxıb, yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

Braziliyalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Lion”da keçirib. O, Fransa klubunun heyətində 19 matçda səkkiz qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz