Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

6 Oktyabr 2026 23:00
85
Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Eyyubov oyundan sonra açıqlamasında komandanın seçmə mərhələsində tarixinin ən yaxşı nəticəsini əldə etdiyini bildirib:

“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bu günkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.

Qeyd edək ki, Azərbaycan U-21 millisi 10 xal toplayaraq B qrupunda 5-ci pilləni tutub. Bu, komandamızın Avropa çempionatının seçmə mərhələləri tarixində topladığı ən yüksək xal sayıdır.

İdman.Biz