“Milan” Balde üçün hərəkətə keçə bilər

6 Oktyabr 2026 21:41
80
“Milan” Balde üçün hərəkətə keçə bilər

“Milan” Pervis Estupinyan və Aleksis Salemakersin zədələnməsi fonunda “Barselona”nın futbolçusu Aleks Balde ilə maraqlana bilər.

İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, transfer əməliyyatı yanvar ayında baş tuta bilər.

Baldenin “Barselona” ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Kataloniya klubunun transferin məbləği və formatı baxımından daha sərfəli şərtlər təklif edə biləcəyi bildirilir.

Bu məsələdə Estupinyan və Salemakersin müqavilə şərtləri, həmçinin yayda Ruben Amorimin qarşısını aldığı ekvadorlu futbolçunun mümkün ayrılığı da mühüm rol oynaya bilər.

Daha əvvəl Baldenin az oyun vaxtı aldığı üçün qış transfer pəncərəsində “Barselona”nı tərk edə biləcəyi barədə məlumat yayılmışdı.

“Yuventus” və “Mançester Yunayted” də yayda futbolçunun transferini nəzərdən keçirib və hazırda vəziyyəti izləyirlər.

İdman.Biz