Millimizin rəqibinin heyəti açıqlanıb

Xəbərlər
29 May 2025 15:49
53
Millimizin rəqibinin heyəti açıqlanıb

Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığmasının heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Latviya Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Paolo Nikolato iyundakı matçlara 25 futbolçu çağırıb. Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində iyunun 10-da Albaniya seçməsinə qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.

Qapıçılar: Rihards Matreviçs (“Auda”), Krisyanis Zviedris (“Riqa”), Frenks Davids Orols (“Super Nova”);

Müdafiəçilər: Roberts Savalnieks (RFS), Andreys Siqaņiks (“Lütsern”, İsveçrə), Raivis Andris Yurkovskis, Antoniys Çernomordiys, Maksims Toņişevs (hamısı “Riqa”), Kristers Tobers (“Aberdin”, Şotlandiya), Vitaliys Yaqodinskis (“Visaksa”, Kamboca), Daniels Balodis (“Sent-Conston”, Şotlandiya), Deniss Meļņiks (“Auda”);

Yarımmüdafiəçilər: Alvis Yaunzems (“Stal”, Polşa), Alekseys Savelyevs (“Qloriya”, Rumıniya), Eduards Daşkeviç (“Riqa”), Renars Varslavans (“Auda”), Dmitriys Zelenkovs, Qļebs Jaleiko (hər ikisi RFS), Lukas Vapne (“Sondal”, Norveç), Kristaps Qrabovskis (“Metta”), Kristers Penkeviçs (“Yelqava”);

Hücumçular: Yanis İkaunieks (RFS), Vladislavs Qutkovskis (“Tedjon Hana Sitizen”, Cənubi Koreya), Marko Reqza (“Riqa”), Bruno Melnis (“Liepaya”).

Qeyd edək ki, Latviya – Azərbaycan matçı Riqada keçiriləcək.

İdman.biz