“Çelsi”nin “Betis”ə 4:1 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının finalı yaşla bağlı rekordlarla yadda qalıb.
İdman.biz xəbər verir ki, “Betis”in baş məşqçisi Manuel Pelleqrini avrokubokların final oyunları tarixində ən yaşlı baş məşqçi olub.
“Çelsi” ilə matçda çilili mütəxəssisin 71 yaşı və 254 günü tamam olub.
Pelleqrini bu nəticə ilə 1992/93-cü illər Çempionlar Liqası finalında 71 yaş 231 günü olan “Marsel”in baş məşqçisi Raymon Qutalsı geridə qoyub.
“Çelsi” də finalda maraqlı nailiyyətə imza atıb. London klubunun heyətində 27 və daha yuxarı yaşlı futbolçu olmayıb. Start heyətində "Çelsi"nin ən yaşlı oyunçusu 26 yaşlı Mark Kukurella olub və sonradan meydana çıxanlar da bu yaş həddini keçməyiblər.
Qeyd edək ki, “Çelsi” avrokubok finalında 27 və daha yuxarı yaşda futbolçusu olmayan cəmi ikinci komanda olub. İlk belə hal 1978/79 mövsümündə baş verib: həmin vaxt “Srvena Zvezda” UEFA kubokunun finalında “Borussiya Mönxenqladbax”a qarşı gənc heyətlə çıxış edib.
İdman.biz