DÇ-2025: 1/4 final mərhələsinə yekun vurulub - YENİLƏNİB

Xəbərlər
29 May 2025 23:01
129
DÇ-2025: 1/4 final mərhələsinə yekun vurulub - YENİLƏNİB

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 final mərhələsinin oyunları keçirilib.

Milli Gimnastika Arenasındakı ilk yarımfinalçı Macarıstan – Mavritaniya duelində bəlli olub. Avropalılar qələbə qazanmaq üçün 1 qol kifayət edib.

Ardınca meydana Monteneqro və Çexiya çıxıb. Bu görüşün taleyinə də bir qolla həll olunub. Monteneqro mərhələ adalyıb.

Azərbaycan millisi İngiltərə ilə üz-üzə gəlib. Futbolçularımız 2:1 hesabı ilə üstün olublar.

Mərhələnin son matçında Balkan dueli baş tutub. Serbiya Bosniya və Herseqovina ilə görüşdə 4:0 hesabı ilə qalib gəlib.

Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may

17:30. Macarıstan – Mavritaniya - 1:0
19:00. Monteneqro – Çexiya - 1:0
20:30. İngiltərə - Azərbaycan - 1:2
22:00. Bosniya və Herseqovina – Serbiya - 0:5

Qeyd edək ki, yarımfinal mərhələsi mayın 30-da baş tutacaq.

İdman.biz