“Araz-Naxçıvan” 2 futbolçusu ilə müqaviləni yeniləyib

Xəbərlər
28 May 2025 11:50
46
“Araz-Naxçıvan” 2 futbolçusu ilə müqaviləni yeniləyib

Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Azərbaycan təmsilçisinin formasını geyinəcəklər.

Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.

İdman.biz