“Difai” I Liqadakı yerini qoruyub - YENİLƏNİB

Xəbərlər
28 May 2025 17:58
86
“Difai” I Liqadakı yerini qoruyub - YENİLƏNİB

Azərbaycan çempionatının I Liqasında oynamaq uğrunda pley-off oyunu keçirilib.

İdman.biz xəbər verir ki, qarşılaşma “ASCO Arena”da baş tutub.

Başa çatan mövsümdə I Liqada 9-cu yeri tutan “Difai” II Liqada 4-cü olan “Hypers Guba”nı sınağa çəkib. 15-ci dəqiqədə Xəyal Bədirov hesabı açıb. 51-ci dəqiqədə Ceyhun Muxtarlı fərqi artırıb. Oyunun sonlarında Fərid Kərimzadə də rəqib qapısına yol tapıb.

Quba klubunun gücü təsəlli qoluna çatıb. İlqar Ələkbərov rəqib qapısına yol tapıb. 3:1 hesabı ilə qalib gələn Ağsu təmsilçisi I Liqadakı yerini qoruyub.

Qeyd edək ki, 2025/26 mövsümündə “Difai” I Liqada, “Hypers Guba” II Liqada mübarizə aparacaq.

I Liqaya vəsiqə uğrunda pley-off oyunu
28 may (çərşənbə)
16:00. “Difai” – “Hypers Guba” - 3:1
Qollar:
Xəyal Bədirov, 15, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”

İdman.biz