Elmar Baxşıyev: "Burada olsam da, olmasam da, komandaya uğurlar arzulayıram"

Xəbərlər
26 May 2025 01:59
27
Elmar Baxşıyev: "Burada olsam da, olmasam da, komandaya uğurlar arzulayıram"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 36-cı turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, öncə futbolçularına təşəkkür edib: "Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik".

Baxşıyev klubla müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı suala belə cavab verib: "Gələcək barədə heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da, komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək".

İdman.biz