"Aramızda çox yaxşı, prinsipial yarış keçdi. “Araz-Naxçıvan” 2-ci, biz 3-cü ola bilərdik".
İdman.biz xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 36-cı turunda səfərdə “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, hər iki komandanın mövsümü eyni səviyyədə keçirdiyini vurğulayıb: "Bu oyundan öncə hər iki komanda qarşısına qoyulan məqsədə çatmışdı. Bəzi matçlarda bizim nəticələrimiz uğurlu alındı deyə rəqibimizi üstələdik. Maraqlı oyun oldu. İki komanda da istəkli idi. Əsas heyətin oyunçuları ilə oynadıq ki, onlar formalarını itirməsinlər.
Sadıqov "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun oyuna gəlməsi barədə də danışıb: "Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya – Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu enerji komandaya da keçir".
İdman.biz