Millimizin Belarusla oyununun yeri və vaxtı dəqiqləşib

22 May 2025 13:45
285
Millimizin Belarusla oyununun yeri və vaxtı dəqiqləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq yığmamız ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

İdman.biz