“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə dəvət alıb

Xəbərlər
21 May 2025 14:51
74
“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə dəvət alıb

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət olunub.

İdman.biz xəbər verir ki, 31 yaşlı qolkiper iyunun 6-da Polşa ilə yoldaşlıq, iyunun 9-da isə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində İtaliya ilə keçirəcəyi oyunlar üçün baş məşqçi Sergey Klesçenkonun açıqladığı siyahıda yer alıb.

Avram 2023-cü ildən “Araz-Naxçıvan”ın heyətində çıxış edir.

İdman.biz