UEFA Avropa Liqasının 2024/2025 mövsümünün 10 ən yaxşı oyununun siyahısı açıqlanıb.
İdman.biz xəbər verir ki, TOP-10-da Bakıda keçirilmiş "Qarabağ" - FCSB matçı da yer alıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşma Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. UEFA-nın rəsmi saytı oyunla bağlı şərh də paylaşıb: "Leandro Andrade 60 saniyə ərzində meydan sahiblərini önə çıxarsa da, yeddi dəqiqədən sonra Adrian Şut FCSB-nin səviyyəsini göstərib. "Qarabağ"ın ötürməsinin qarşısını almaq istəyən Yoskim Dava avtoqolla meydan sahiblərinin üstünlüyünü bərpa edib. Amma fasiləyə kimi hesab bərabərləşib, David Mikulesku küncdən zərbədən sonra dəqiq olub. FCSB kapitanı Şut küncdən vurulan daha bir baş zərbəsi ilə qələbəni təmin edib".
Qeyd edək ki, turnirin ən yaxşı oyunu 1/4 finalda "Mançester Yunayted" "Lion" arasında keçirilən oyun olub. Əlavə vaxtda 5 qolun vurulduğu görüşdə "qırmızı şeytanlar" 5:4 hesabı ilə qalib gəiblər.
İdman.biz