Samir Abasov: “Neftçi” yenidən qurulmalıdır, qurulacaq da”

Xəbərlər
20 May 2025 13:19
67
Samir Abasov: “Neftçi” yenidən qurulmalıdır, qurulacaq da”

“Komandada əsaslı dəyişiklər olacaq”.

Bunu İdman.biz-ə "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis komandada görülən işlərdən danışıb. O bildirib ki, növbəti mövsüm üçün "ağ-qaralar"ın heyətində ciddi dəyişikliklər olacaq: “Planlarımızı qurub artıq işlərimizə başlamışıq. Bu mərhələdə hansı işlər görülməlidirsə, onları yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Oyunçulara baxırıq, transferlərlə bağlı işlər aparırıq. Komandamız yenidən qurulmalıdır, qurulacaq da. Biz istəyirik ki, gələn il avrokuboklarda oynayaq. Bunun üçün də nə lazımdırsa, edəcəyik”.

Abasov “Neftçi”nin bu mövsüm avrokuboklara vəsiqə qazana bilməməsinə məyus olduğunu da deyib: “Əlbəttə ki, buna görə üzülürük. İki il dalbadal avrokuboklara getməmək “Neftçi”nin adına xələl gətirdi. Ancaq biz bütün gücümüzlə çalışacağıq ki, bunu aradan qaldıraq”.

Qeyd edək ki, “Neftçi” 35 turdan sonra 43 xalla turnir cədvəlində 6-ci yerdə qərarlaşıb.

Aytac Sahəd
İdman.biz