“Nottingem Forest”in nigeriyalı hücumçusu Tayvo Avoniyi süni komadan çıxıb.
İdman.biz “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçu təcili qarın əməliyyatından sonra bərpa prosesinə uğurla başlayıb.
Avoniyi Premyer Liqanın 36-cı turu çərçivəsində “Lester”lə oyunun (2:2) 83-cü dəqiqəsində meydana çıxıb və dörd dəqiqə sonra yıxılarkən qapı dirəyinə çırpılıb və qarnından güclü zərbə alıb. 27 yaşlı futbolçuya ilkin tibbi yardım göstərildikdən sonra o, ayağa qalxıb və böyük çətinliklə hərəkət edərək oyunu başa vurub. Matçdan sonra forvard təcili olaraq xəstəxanaya aparılıb və orada əməliyyat olunub.
Hazırda Avoniyinin huşu özündədir və ailəsi ilə ünsiyyət qura bilir. Onun tam sağalıb yaşıl meydanlara qayıda biləcəyi gözlənilir.
Qeyd edək ki, Avonyi Premyer Liqanın cari mövsümündə 26 oyun keçirib və 1 qol vurub.
İdman.biz