"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland lüks avtomobil kolleksiyasını genişləndirməyə davam edir.
İdman.biz xəbər verir ki, bu dəfə norveçli hücumçu təxminən 374.000 avro dəyərində olan sarı rəngli Ferrari sürərkən görüntülənib.
Bu, artıq onun qarajında olan yeddinci avtomobildir. Hücumçunun avtoparkında olan maşınların ümumi dəyəri, təxminən 9,36 milyon avro təşkil edir.
24 yaşlı futbolçunun avtomobilləri:
"Bugatti" - 4,68 milyon avroya,
"Mercedes AMG One" - 3,16 milyon avroya,
"Rolls-Royce Cullinan" - 351.000 avroya ,
"Mercedes Maybach" - 292.500 avroya,
"Mercedes-Benz GLE Coupe AMG 63 S 4Matic" - 152 100 avro,
"Ferrari 812 Superfast" (mavi rəngdə)
İdman.biz