Ange Mutsinzi: “Bu uğurun davamını Avropada göstərmək istəyirik”

Xəbərlər
11 May 2025 17:17
49
Ange Mutsinzi: “Bu uğurun davamını Avropada göstərmək istəyirik”

“Heç də asan oyun olmadı. Xüsusilə də ilk hissədə daha yaxşı işlər görə bilərdik. Ancaq rəqibin təzyiqi buna imkan vermədi. İkinci hissədə isə toparlanaraq, durumu düzəldə bildik”.

İdman.biz xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlahəmçinin mövsüm ərzində komandasının göstərdiyi performansa da toxunubmasında “Zirə”nin futbolçusu Ange Mutsinzi səfərdə “Səbail”ə 0:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.

O, . Mutsinzi, “Zirə”nin turnir cədvəlində ikinci pillədə qərarlaşmasını uğurlu nəticə kimi dəyərləndirib: “Mövsüm ərzində bacardığımızın ən yaxşısını ortaya qoymuşuq. Bunun sayəsində hazırda turnir cədvəlində ikinci pillədəyik. Avrokuboklara vəsiqə qazanmağımız bizim üçün kifayət qədər yaxşı nəticədir. Amma bununla kifayətlənmək olmaz. Bu uğurun davamını Avropada göstərmək istəyirik”.

27 yaşlı müdafiəçi, mövsümün sonuna yaxınlaşdıqlarını və qarşıda iki vacib oyunlarda qalib gələrək, azarkeşləri sevindirmək istədiyini söyləyib:

“Artıq sona doğru yaxınlaşırıq. Daha iki oyunumuz qalıb. Həmin matçlarda da qalib gələrək, azarkeşlərimizi sevindirib, mövsümü uğurlu şəkildə başa vurmaq istəyirik”.

İdman.biz