"Bayer"in sabiq hücumçusu azərbaycanlı futbolçunu komandasında görmək istəyir

Xəbərlər
7 May 2025 11:35
48
"Bayer"in sabiq hücumçusu azərbaycanlı futbolçunu komandasında görmək istəyir

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərliyə Albaniyaya qayıtmağa çox yaxındır.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, “Boluspor”un üzvünə Albaniyadan daha bir təklif gəlib.

Çempionluq mübarizəsində yer alan “Vlajniya” Vüsalı bu yay 2 illik müqavilə ilə heyətinə qatmaq istəyir. Artıq ona təklif də edilib.

Xüsusilə də, Şkoder təmsilçisinin baş məşqçisi, vaxtı ilə Almaniya millisinin, “Bayer”(Leverkuzen”), “Volfsburq” kimi klubların hücumçusu olmuş Tomas Brdariç Vüsalı şəxsən sərəncamında görmək istəyir.

Hazırda danışıqlar davam edir. Millimizin üzvünün “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İdman.biz