Misli Premyer Liqasının qalibi olan “Qarabağ”ın Çempionlar Liqasındakı daha iki mümkün rəqibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinə I təsnifat mərhələsində mübarizə aparsa, 8 potensial rəqib bəllidir.
Səpələnmişlər səbətində yer alacaq Qurban Qurbanovun yetirmələri “Levadiya” (Estoniya) və “Dinamo” (Minsk, Belarus) ilə də qarşılaşa bilər. Bunadək isə “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus” (San Marino) səpələnməmişlər sırasına düşmüşdü.
Təbii ki, ötən il olduğu kimi yenə Çempionlar Liqasını öz ölkəsindən turnirə vəsiqə qazanan komanda əldə edə bilər. Bunun da klubların bölgüsünə təsir etməsi mümkündür. Bunun Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqəni artıq qazananlar arasında 2-ci ən yüksək reytinqə malik “Qarabağ”a da aid olması istisna deyil.
Əgər Azərbaycan çempionu II təsnifat mərhələsindən başlasa, yenə səpələnmişlər sırasında olacaq. Təmsilçimiz ilk raundda oynamalı olsa da, növbəti mərhələdə güclülər səbətində yer alacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Slovan” (Slovakiya)
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Jalgiris” (Litva)
RFS (Latviya)
“Linkoln” (Cəbəllütariq)
“Kuopio” (Finlandiya)
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
Sloveniya çempionu
Səpələnməmişlər
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Kayrat” (Qazaxıstan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Virtus” (San Marino)
Qeyri-müəyyənlər
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
“İnter” (Andorra)
Bosniya və Herseqovina çempionu
Ermənistan çempionu
Rumıniya çempionu
Moldova çempionu
Malta çempionu
Şimali Makedoniya çempionu
Albaniya çempionu
II təsnifat mərhələsi
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
Danimarka çempionu
Qeyri-müəyyənlər
“Pafos” (Kipr)
İsrail çempionu
Polşa çempionu
Xorvatiya çempionu
Ukrayna çempionu
Macarıstan çempionu
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.
Vüqar Xeyrullayev
İdman.biz