Yığmamız Millətlər Liqasında ikinci olub

Xəbərlər
1 May 2025 20:35
168
Yığmamız Millətlər Liqasında ikinci olub

Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində final oyununa çıxıb.

İdman.biz xəbər verir ki, millimiz həlledici oyunda meydan sahibləri ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Nəticədə qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Slovakiya yığması turniri birinci pillədə başa vurub. Komandalar qrup mərhələsində də üz-üzə gəliblər və millimiz Slovakiyaya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən analoji turnirin qalibi olub.

İdman.biz