"Real" Modriçə iki həftəlik müqavilə təklif edəcək

Xəbərlər
1 May 2025 22:51
71
"Real" Modriçə iki həftəlik müqavilə təklif edəcək

Luka Modriç "Real" qısamüddətli müqavilə imzalaya bilər.

İdman.biz xəbər verir ki, Madrid klubu 39 yaşlı futbolçu ilə iki həftəlik razılıq əldə etmək niyyətindədir.

Xorvatiyalı futbolçunun "Real"la müqaviləsi bu il iyunun sonunda bitəcək. Amma madridlilər klublararası dünya çempionatındakı iştirakı nəzərə alaraq, onunla yeni iki həftəlik müqavilə imzalaya bilər. FIFA klublara iyunun sonunda bitəcək müqavilələri artırmaq məsləhəti görüb.

Qeyd edək ki, "Real" Lukas Vaskeslə eyni şərtlərdə müqavilə imzalamaq niyyətindədir. Bu futbolçuların gələcək taleyi isə dünya çempionatından sonra bəlli olacaq.

İdman.biz