"Bavariya" Florian Virtslə bağlı "Bayer"ə xüsusi təklif hazırlayır.
İdman.biz xəbər verir ki, Münhen klubu yaxın günlərdə qarşı tərəfə bununla bağlı danışıqlar aparacaq.
Almaniya mətbuatı gənc ulduzun transfer qiymətinin 140 milyon avro olduğunu yazıb. 21 yaşlı yarımmüdafiəçi ilə "Mançester Siti" də maraqlanır. Florian cari mövsümdə leverkuzenlilərin heyətində 42 matçda 15 qol vurub, 13 ötürmə verib.
Qeyd edək ki, Virts ötən mövsümdə "Bayer"in heyətində Almaniya çempionu olub. Onun Leverkuzen klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.
İdman.biz