Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya kuboku qazana bilməyib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Eqnadiya" finalda uduzub.
Zamiqin komandası həlledici qarşılaşmada Tirana "Dinamo"su ilə münasibətlərə aydınlıq gətirib. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdığından qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan rəqib 5:4 hesabı ilə qalib gəlib. Zamiq 120 dəqiq meydanda mübarizə aparıb.
Qeyd edək ki, "Eqnadiya" Albaniya çempionatında mövsümün əsas hissəni lider mövqeyində bitirib. Reqlamentə görə 4 komandanın iştirakı ilə həlledici oyunlar keçiriləcək. Zamiqin komandası yarımfinalda mayın 5-də "Partizani" ilə qarşılaşacaq.
İdman.biz