"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni uzadıb.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Gənclik şəhəri” təmsilçisi İsa Sulimanla yeni anlaşma imzalayıb. Müdafiəçi ilə müqavilə daha 2 il müddətinə uzadılıb.
Qeyd edək ki, 2023/24 mövsümündən “Sumqayıt”da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurub.
İdman.biz