“Mançester Yunayted” 18 yaşlı hücumçunun transferini razılaşdırıb

Xəbərlər
2 May 2025 10:44
213
“Mançester Yunayted” 18 yaşlı hücumçunun transferini razılaşdırıb

“Mançester Yunayted” növbəti transferini razılaşdırıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu Entso Kana-Biyikin keçidində razılıq əldə edib.

“Havr”ın 18 yaşlı hücumçusu ilə 5+1 illik müqavilə imzalanacaq. Fransalı hücumçu Mançester təmsilçisinə keçdikdən sonra “Lozanna”ya icarəyə veriləcək.

Qeyd edək ki, İsveçrə təmsilçisi “Mançester Yunayted”in sahibi Cim Retkliffin yaradıcısı olduğu İNEOS şirkətinə məxsusdur.

İdman.biz