2025-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in siyahısına millidə və qitə kuboklarında 5 və ya daha çox qol vuranlar yer alıb.
Bombardirlərin cədvəlinə Usman Dembele başçılıq edir. Hesabında 9 qol olan fransalı PSJ-də 8, millidə 1 dəfə fərqlənib.
Harri Keyn (İngiltərə, “Bavariya”) 8 qolla ikincidir. İlk “üçlüy”ü Salem Al-Davsari (Səudiyyə Ərəbistanı, “Əl-Hilal”) qapayır – 7 top.
Qeyd edək ki, ilin ilk 4 ayında 29 futbolçu 5 və ya daha çox qol vurub.
İdman.biz