“Qarabağ” futbolçusu Bəhlul Mustafazadənin “Qəbələ”yə icarəyə verilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Ağdam klubunun mətbuat katibi Anar Hacıyev İdman.biz-ə açıqlamasında xəbəri təkzib edib.
O bildirib ki, Bəhlulun bu yay “Qarabağ”dan gedəcəyi ilə bağlı xəbər həqiqəti əks etdirmir. Hacıyev qeyd edib ki, müdafiəçinin “Qəbələ”yə icarəyə verilməsi gündəmdə deyil.
Qeyd edək ki, “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər olan Bəhlulun vaxtilə formasını geyindiyi “Qəbələ”yə 1 illik icarəyə veriləcəyi gözlənilirdi.
-------
14:02
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Ağdam klubundan ayrılacaq.
İdman.biz-in əldə etdiyi məlumata görə, 28 yaşlı müdafiəçi mövsümlərarası fasilədə “Qəbələ”yə keçəcək.
Ağdam klubu ilə müqaviləsi 2027-ci ilədək olan Mustafazadə “qırmızı-qaralar”a icarəyə veriləcək. Bəhlul 2025/26 mövsümünü yetirməsi olduğu “Qəbələ”də keçirəcək. Müdafiəçi qarşıdakı bir ili sabiq komandasında oynayacaq.
İdman.biz