Dembelenin ÇL-in cavab matçında oynaması sual altına düşüb

Xəbərlər
1 May 2025 23:27
41
Dembelenin ÇL-in cavab matçında oynaması sual altına düşüb

Usman Dembele Çempionlar Liqasının cavab matçını buraxa bilər.

İdman.biz xəbər verir ki, onun "Arsenal"la Parisdə keçiriləcək oyunda PSJ-nin heyətində meydana çıxması sual altına düşüb.

Cinah hücumçusu bud nahiyəsindəki zədədən əziyyət çəkir. O, bu gün komandanın məşqində iştirak etməyib. Dembeleyə mayın 3-də Fransa çempionatında "Strasburq"la keçiriləcək oyunda istirahət veriləcək.

Qeyd edək ki, Usman Londonda baş tutan ilk oyunda PSJ-yə qələbə qazandıran yeganə qolun müəllifi olub. O, bu mövsümdə Çempionlar Liqasında 8 dəfə fərqlənib.

İdman.biz