“Sabah”ın hakimi təhqir edən futbolçusu diskvalifikasiya olunub

Xəbərlər
30 Aprel 2025 12:13
159
“Sabah”ın hakimi təhqir edən futbolçusu diskvalifikasiya olunub

“Sabah”ın əvəzedici komandasının futbolçusu Stefen Endenin cəzası bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, Əvəzedicilər liqasında XXXII turunun “Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra etdiyi hərəkətə görə cəzalanıb. Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq cəzalanıb, klub 300 manat cərimələnib.

İdman.biz