Şəmkirdə stadion yararsız vəziyyətə düşüb

Xəbərlər
16 Aprel 2025 12:51
262
Şəmkirdə stadion yararsız vəziyyətə düşüb

II Liqanın “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

XXI turun görüşü Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilməyəcək. Əlverişsiz hava şəraiti səbəbindən arena yararsız vəziyyətə düşüb. Matç saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

İdman.biz