Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Buriram Yunayted" Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Tailand təmsilçisi IV tur çərçivəsində “Melburn Siti”nin qonağı olub.
Görüş təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. "Buriram Yunayted" Avstraliyada rəqibini 1:0 hesabı ilə məğlub edib. 27 yaşlı hücumçumuz meydana 61-ci dəqiqədə çıxıb.
Məğlubiyyətə baxmayaraq, “Melburn Siti” qrupda birinci pillədədir. Onlar 7 xala malikdir. "Buriram Yunayted" isə 6 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Tailand təmsilçisi evdə bu rəqibə 0:2 hesabı ilə uduzub.
İdman.biz