Haiti millisinin yarımmüdafiəçisi: "Bu qələbə zəhmətimizin bəhrəsi idi"

23 Mart 2025 12:23
315
Haiti millisinin yarımmüdafiəçisi: "Bu qələbə zəhmətimizin bəhrəsi idi"

"Yaxşı iş gördük. Bu qələbə bizim zəhmətimizin bəhrəsi idi. Hücumda etibarlı oynadıq".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu Haiti millisinin yarımmüdafiəçisi Leverton Pyer Azərbaycan yığması ilə Sumqayıtda keçirdikləri yoldaşlıq görüşünü (3:0) şərh edərkən deyib.

Leverton bildirib ki, ümumilikdə, oyun gərgin keçib: "Rəqibin yaxşı keyfiyyətlərini qeyd etmək lazımdır. Amma biz yüksək təzyiqdən istifadə etdik. Azərbaycan komandası üçün yaxşı gün deyildi. Rəqibin daha çox sol cinahı yaxşı çıxış etdi".

İdman.biz